Anqola milli komandası Argentina ilə bu gün Bakı vaxtı ilə saat 20:00-da keçirəcəyi yoldaşlıq oyununa biletləri cəmi bir dollar qiymətlə satışa çıxarıb.
İdman.Biz xəbər verir ki, matç Anqolanın müstəqilliyinin 50 illik yubileyinə həsr olunub və ölkədə böyük maraq yaradıb.
Təşkilatçılar qarşılaşmaya 50 min azarkeşin gələcəyini gözləyir və stadionun tam dolması ehtimal olunur.
Ucuz bilet qiyməti həm yerli futbolsevərlərin, həm də qonaq komandanı görmək istəyənlərin marağını artırıb.
