“Kəpəz” yaxın vaxtda daha bir legionerlə yollarını ayıra bilər.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Cefferson Bentu Gəncə təmsilçisini tərk etmək niyyətindədir.
Mərkəz müdafiəçisi bu fikirlə klub rəsmilərinin qapısını döyüb.
Yayda “sarı-göylər”lə 1 illik müqavilə imzalayan 22 yaşlı braziliyalı burada özünü narahat hiss elədiyini deyib, sözləşməsinin ləğvini istəyib.
Qeyd edək ki, “Kəpəz” son 2 həftə ərzində iki əcnəbi futbolçu ilə vidalaşıb. Gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri və braziliyalı vinger Vitor Feijao ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
