Ançelotti iş üslubundan danışdı

Xəbərlər
13 Noyabr 2025 17:42
22
Ançelotti iş üslubundan danışdı

“Real”(Madrid) klubunun sabiq baş məşqçisi, hazırda Braziliya millisinin çalışdıran Karlo Ançelotti futbolçulara yanaşması və komanda daxilində qərarların necə verildiyindən söz açıb.

İdman.Biz bu barədə İspaniya KİV-ə istinadən məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, o, bütün oyunçulara eyni münasibət göstərməyə çalışır:

“Mən hamıya bərabər yanaşmağa çalışıram. Əlbəttə, hər oyunçuya niyə meydana çıxmadığını izah etmirəm. Amma söhbət əsas heyətdə adətən oynayan futbolçudan gedirsə, bu zaman vəziyyəti izah etməyi vacib sayıram”.

Ançelottinin sözlərinə görə, bəzən baş məşqçi peşəkar qərarlar verməlidir və bu, şəxsi münasibətlərə təsir edə bilər:

“Əgər münasibətlərim yaxşı olan futbolçunu ehtiyatda saxlayıramsa, o, ertəsi gün mənimlə salamlaşmaya bilər - bu, tamamilə normaldır. Mən ehtiyata insanı yox, oyunçunu buraxıram. Bunu isə hər kəs başa düşə bilmir”.

İdman.Biz

Məqalədə: