Portuqaliyanın “Benfika” klubu ölkə çempionatında “Kaza Pia” ilə oyunda yadda qalan epizodla gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, matç zamanı “Benfika”nın qapıçısı Andrey Trubin penalti zərbəsini dəf etsə də, komanda yoldaşı Nikola Araujo topu uzaqlaşdırmaq istəyərkən səhvə yol verib. Müdafiəçi təsadüfən topu birbaşa öz qapısına göndərib.
Bu hadisə azarkeşlər tərəfindən klubun tarixində ən qəribə və gülməli avtoqollardan biri kimi qiymətləndirilib.
