Çempionlar Liqasının IV turunda ən çox azarkeş toplayan oyun məlum olub - FOTO

Xəbərlər
8 Noyabr 2025 13:55
38
Çempionlar Liqasının IV turunda ən çox azarkeş toplayan oyun məlum olub - FOTO

UEFA Çempionlar Liqasında əsas mərhələsinin IV turunda stadionlardakı azarkeş sayı açıqlanıb.

İdman.Biz xəbər verir ki, məlumat UEFA-nın rəsmi saytı dərc edib.

Belə ki, ən çox azarkeş “İnter” - “Kayrat” görüşündə olub - 69.983 nəfər.

İkinci yerdə 64.314 nəfərlə “Marsel” - “Atlanta” oyununu qərarlaşıb.

Üçüncü ən çox tamaşaçı toplayan Çempionlar Liqası oyunu “Liverpul” - “Real”dır(Madrid) - 59.916.

“Qarabağ” - “Çelsi” matçını Tofiq Bəhramov adına Respublika stadionunda 30.887 tamaşaçı izləyib. Bu göstərici tur üzrə 18 oyun arasında 14-cü yerdə qərarlaşıb.

Ən az izlənən qarşılaşma isə “Pafos” - “Vilyarreal” oyunudur - cəmi 6.314 tamaşaçı.

Bütün göstəricilərlə bu siyahıdan tanış ola bilərsiz:

İdman.Biz