Azərbaycan derbiləri tarixində cəmi üç futbolçu het-trik etməyi bacarıb

Xəbərlər
7 Noyabr 2025 11:22
48
Azərbaycan derbiləri tarixində cəmi üç futbolçu het-trik etməyi bacarıb

“Zəfər turu” çərçivəsində keçiriləcək “Qarabağ - “Neftçi” qarşılaşması öncəsi bu komandalar arasında indiyədək qeydə alınan dubl və het-triklərin statistikası açıqlanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, indiyədək keçirilmiş derbilərdə üç futbolçu het-trik edib.

“Köhlət atlar”ın sabiq üzvləri Georgi Adamiya, Reynaldo Silva və Filip Ozobiç “ağ-qaralar”a qarşı bir matçda üç qol vura biliblər.

Tərəflərin duelində ilk dubla 1994-cü il oktyabrın 10-da Yunis Hüseynov (“Neftçi”) imza atıb. Qarşılaşma Bakı klubunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam klubunun ilk dubluna 1995-ci il sentyabrın 17-də Müşfiq Hüseynov nail olub. Həmin görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Yalnız iki futbolçu 2 dəfə dubla yadda qalıb. Bunlar Mahir Emreli və Kadi Borgesdir (hər ikisi “Qarabağ”).

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, 2004-cü ildə 3:1 hesabı ilə qalib gəldikləri matçda “Neftçi”nin futbolçusu kimi fərqlənib.

İki futbolçu həm het-trik edib, həm dubl müəllifi olub – Reynaldo Silva və Filip Ozobiç (hər ikisi “Qarabağ”).

Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun “Qarabağ” - “Neftçi” oyunu noyabrın 9-da baş tutacaq.

İdman.Biz