Çempionlar Liqası: “Real Madrid” “Liverpul”un, “Bavariya” PSJ-nin qonağı olacaq

Xəbərlər
4 Noyabr 2025 09:24
51
Çempionlar Liqası: “Real Madrid” “Liverpul”un, “Bavariya” PSJ-nin qonağı olacaq

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutacaq.

Bakı vaxtı ilə saat 21:45-də start götürəcək “Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) görüşünü azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Qeyd edək ki, turun digər oyunları noyabrın 5-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Əsas mərhələ
IV tur
4 noyabr

21:45. "Napoli" (İtaliya) - "Ayntraxt" (Almaniya)

21:45. "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə)

00:00. "Atletiko Madrid" (İspaniya) - "Yunion Royal" (Belçika)

00:00. "Budo/Qlimt" (Norveç) - "Monako" (Fransa)

00:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)

00:00. "Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

00:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya)

00:00. "Tottenhem" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

İdman.Biz