“Şimal” klubu Həsrət Mürsəlovu heyətinə qatdı

3 Fevral 2026 16:44
95
“Şimal” klubu Həsrət Mürsəlovu heyətinə qatdı

Azərbaycanın Birinci Liqa təmsilçisi “Şimal” “Sabah”ın sabiq futbolçusu Həsrət Mürsəlovu transfer edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Şimal” Futbol Klubu məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi yeni komandasında 88 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, H.Mürsəlov karyerası ərzində yetirməsi olduğu “Sabah”la yanaşı, MOİK, “Mingəçevir”, “Sumqayıt”, “Cəbrayıl” və “Şəki Siti”də də oynayıb.

İdman.Biz