İngiltərənin yeddinci liqasında çıxış edən “Sent-Olbans Siti” İngiltərə Kubokunun ilk turunda “Berton”a 6:0 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, oyunun əsas müzakirə mövzusu komandanın darmadağınla uduzması yox, stadiona sərxoş vəziyyətdə gələn “Sent-Olbans Siti”nin maskotu olub.
Belə ki, azarkeşlər tərəfindən yayılan videoda maskotun qəribə davrandığı, ayaq üstə durmaqda çətinlik çəkdiyi və tarazlığını itirməmək üçün davamlı olaraq nəyəsə söykəndiyi görünür. Bundan başqa, maskot tribunalar istiqamətində ədəbsiz jest də edib.
Görüntülər sosial şəbəkələrdə geniş müzakirə edilib.
