“Fənərbaxça” “Beşiktaş”la oyunda əzmkar qələbə qazanıb - VİDEO

Xəbərlər
3 Noyabr 2025 00:54
50
“Fənərbaxça” “Beşiktaş”la oyunda əzmkar qələbə qazanıb - VİDEO

Türkiyə Superliqasının 11-ci turu İstanbul derbisi ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, “Beşiktaş” evdə “Fənərbağça”nı qəbul edib.

Oyuna inamlı başlayan meydan sahibləri ilk hissədə iki qol vuraraq üstünlüyü ələ alıblar. Lakin 26-cı dəqiqədən sonra “Beşiktaş” azlıqda qalıb, bu isə matçın gedişatını tam dəyişib. Baş məşqçi Sergen Yalçın hakimin qərarına sərt etiraz etdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Say üstünlüyündən maksimum yararlanan “Fənərbağça” üç qol vuraraq geridönüş edib və matçı 3:2 hesabı ilə öz xeyrinə başa vurub.

Qeyd edək ki, hazırda “sarı-lacivərdlilər” 25 xalla turnir cədvəlində ikinci, “qartallar” isə 17 xalla altıncı pillədə qərarlaşıb. Çempionata 29 xalla “Qalatasaray” başçılıq edir.

İdman.Biz