Xabi Alonso 10 qələbə ilə “Real”ın tarixinə düşüb

Xəbərlər
3 Noyabr 2025 08:00
56
Xabi Alonso 10 qələbə ilə “Real”ın tarixinə düşüb

Madridin “Real” klubu La Liqanın 2025/26 mövsümündə keçirdiyi 11 oyunun 10-da qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, yay fasiləsində komandanın başına gətirilən Xabi Alonso bu nəticə ilə klub tarixinə adını yazdırıb.

Jurnalist Pedro Martinin məlumatına görə, Alonso “Real”ın tarixində ilk məşqçidir ki, La Liqada komanda ilə debüt mövsümündə 11 oyunun 10-da qalib gəlib.

Buna qədər oxşar nəticəni yalnız üç “Barselona” məşqçisi göstərmişdi - Hansi Flik (2024/25), Xerardo Martino (2013/14) və Tito Vilanova (2012/13 mövsümləri).

“Real” isə tarixində cəmi dörd dəfə mövsümə 11 oyunda 10 qələbə ilə başlayıb - 1961/62, 1968/69, 1991/92 və 2022/23 mövsümlərində.

İdman.Biz