“Brest” “Lyon”la heç-heçə edib

Xəbərlər
3 Noyabr 2025 02:12
39
“Brest” “Lyon”la heç-heçə edib

Fransa Liqa 1-in 11-ci turunda keçirilən “Brest” – “Lyon” oyunu qolsuz bərabərliklə (0:0) başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 8-ci dəqiqəsində “Lyon” azlıqda qalıb.

Hans Hatebur qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, bu nəticədən sonra “Brest” 10 xalla turnir cədvəlində 13-cü, “Lyon” isə 20 xalla 6-cı yerdə qərarlaşıb.

Növbəti turda - noyabrın 8-də “Brest” səfərdə “Marsel”lə, “Lyon” isə bir gün sonra evdə PSJ ilə qarşılaşacaq.

İdman.Biz