“Milan” öz meydanında “Roma”ya qalib gəlib - VİDEO

Xəbərlər
3 Noyabr 2025 02:03
48
“Milan” öz meydanında “Roma”ya qalib gəlib - VİDEO

İtaliya çempionatının 10-cu turunda “Milan” doğma meydanda “Roma”nı 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qələbə qolunu meydan sahiblərinə serbiyalı müdafiəçi Straxinya Pavloviç qazandırıb.

O, 39-cu dəqiqədə portuqaliyalı hücumçu Rafael Leaunun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

82-ci dəqiqədə “Roma”nın argentinalı hücumçusu Paulo Dibala penaltini qaçırıb və komandasını bərabərlik qolundan məhrum edib.

Qeyd edək ki, “Milan” 21 xalla turnir cədvəlində üçüncü, “Roma” isə eyni xalla dördüncü yerdə qərarlaşıb.

İdman.Biz