İitaliyalı futbol mütəxəssis Covanni Qaleone 84 yaşında dünyasını dəyişib.
İdman.Biz xəbər verir ki, karyerasının ən parlaq illərini “Udineze” klubunda keçirən futbolçu 1974–2007-ci illər ərzində məşqçi kimi fəaliyyət göstərib.
O, bu dövrdə “Udineze”, “Peskara”, “Peruca” və “Napoli” kimi klublara rəhbərlik edib.
Qaleone ilk ciddi uğurlarını “Peskara” ilə qazanıb - 1987-ci ildə komandası ilə B Seriyasının qalibi olub və klubun elitada qalmasını təmin edib. Məhz həmin dövrdə o, gənc Massimiliano Alleqrinin potensialını üzə çıxarmışdı. Sonralar “Yuventus”un sabiq baş məşqçisi Alleqri Qaleoneni özünün “mənəvi müəllimi” adlandırırdı.
Eyni zamanda Alleqrinin rəhbərliyi altında “Peskara”nın kapitanı olan Can Pero Qasperini (hazırda “Atalanta”nın baş məşqçisi) və Marko Cambpaolo da özlərini Qaleonenin şagirdləri hesab edirlər.
