"Vulverhempton" baş məşqçisini istefaya göndərib

Xəbərlər
3 Noyabr 2025 00:03
45
"Vulverhempton" baş məşqçisini istefaya göndərib

İngiltərənin "Vulverhempton" komandası baş məşqçi Vitor Pereyranı vəzifəsindən azad edib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, mütəxəssis ötən mövsümün ikinci yarısında – dekabrda komandaya gəldikdən sonra uğurlu çıxış etsələr də, cari mövsümdə nəticələr qənaətbəxş olmayıb. Buna görə rəhbərlik dəyişiklik qərarı verib.

Qeyd edək ki, 10 turdan sonra “Vulverhempton” cəmi 2 xal toplayaraq turnir cədvəlinin son pilləsində – 20-ci yerdə qərarlaşıb.

İdman.Biz