İspaniya çempionatının 11-ci turunda “Selta” səfərdə “Levante” üzərində 2:1 hesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, oyunun 40-cı dəqiqəsində qonaqların müdafiəçisi Oskar Minqes hesabı açıb.
66-cı dəqiqədə Kervin Arriaqa tarazlığı bərpa etsə də, əlavə vaxtda Miqel Roman “Selta”ya qələbə qazandıran qolu vurub.
“Levante” 27-ci dəqiqədən azlıqda qalıb - komandanın futbolçusu Unai Vensedor birbaşa qırmızı vərəqə alıb. 37-ci dəqiqədə isə hücumçu Karl Eyonq penalti zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, bu qələbədən sonra “Selta” xalını 13-ə çatdıraraq La Liqa cədvəlində 11-ci yerə yüksəlib. “Levante” isə 9 xalla 17-ci pilləyə enib.
