“Əl-Nəsr”in kapitanı və hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunda “Əl-Fəyha” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, matçda hər iki qolu özü vuran 40 yaşlı portuqaliyalı ulduz oyunu şərh edib:
“Bu, həm mənim, həm də komanda üçün möhtəşəm bir axşam idi. “Əl-Nəsr” qalib gəldi və mən iki qol vurdum – bu, çox önəmlidir. Hər zaman deyirəm ki, uzunömürlülük yalnız ehtirasla mümkündür və mən hələ də bu ehtirası hiss edirəm. Qol vurum, ya yox, fərqi yoxdur – bu mənim həyatımdır, 23-24 ildir futboldayam. Elə buna görə də ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”.
Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə Səudiyyə Pro Liqasında 7 oyunda 8 qol vurub.
