ABŞ-də baş məşqçi oyuna “ChatGPT”nin tövsiyə etdiyi düzülüşlə çıxıb

Xəbərlər
1 Noyabr 2025 15:54
40
ABŞ-də baş məşqçi oyuna “ChatGPT”nin tövsiyə etdiyi düzülüşlə çıxıb

ABŞ-nin Qadınlararası Peşəkar Futbol Liqasında çıxış edən “Siyetl Reycn” komandasının baş məşqçisi Lora Harvi mövsümlərarası fasilədə taktiki məsləhətlər almaq üçün “ChatGPT” süni intellektindən istifadə etdiyini etiraf edib.

İdman.Biz bu barədə “The Guardian” nəşrinə istinadən məlumat yayıb.

L. Harvi bildirib ki, mövsümlərarası fasilə günlərindən birində o, “ChatGPT”dən “Siyetl Reycn” klubu haqqında məlumat soruşub.

Aldığı cavablar onu məlumatların düzgünlüyü barədə düşünməyə vadar edib.

Daha sonra məşqçi rəqib komandalara qarşı qələbə qazanmaq üçün hansı düzülüşdən istifadə etməyin daha məqsədəuyğun olduğunu soruşub. “ChatGPT” isə məşqçiyə beş müdafiəçi ilə oynaması barədə tövsiyə alıb.

Hərçənd o, bu taktikanı hansı komandalarla oyunlarda sınaqdan keçirdiyini açıqlamayıb.

Qadın futbolu üzrə analitik Kim Makouli qeyd edib ki, “Siyetl Reycn” ilk dəfə beş müdafiəçili sistemi “Orlando Prayd” ilə qarşılaşmada istifadə edib, lakin həmin görüş təəssüf ki, məğlubiyyətlə başa çatıb. Bununla belə, komanda bu düzülüşlə təcrübə aparmağa davam edib və nəticədə əvvəlki mövsümə nisbətən xeyli irəliləyiş əldə edib.

Hazırda “Siyetl Reycn” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb ki, bu da komandanın pley-offa yüksəlmək şansını qoruyur.

İdman.Biz

Məqalədə: