İbrahim Uzunca: “Bütün gücümüzü çempionata sərf edəcəyik”

Xəbərlər
30 Oktyabr 2025 14:05
45
İbrahim Uzunca: “Bütün gücümüzü çempionata sərf edəcəyik”

“Ağır oyun keçdi. Hər iki komanda növbəti mərhələyə adlamaq istəyirdi”.

“Xankəndi” klubunun baş məşqçisi İbrahim Uzunca Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Difai” ilə matçı şərh edib:

“İlk hissədə 1:0 öndə idik. Bundan sonra “Difai” bütün riskləri gözə aldı. Öz mövqe səhvlərimizdən iki qol buraxdıq. Bundan sonra çempionat matçlarına köklənəcəyik. Qarşıda “Şəmkir”lə oyunumuz var. Hədəfimiz olan çempionluğa üçün var gücümüzlə çalışacağıq. Futbolçularıma yaxşı oyuna görə təşəkkür edirəm. Rəqib komandanı isə təbrik edirəm. Dediyim kimi, bütün gücümüzü çempionata sərf edəcəyik”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Xankəndi” - “Difai” matçı 1:2 hesabı ilə başa çatıb.

İdman.Biz

Məqalədə: