“Abdukodir Xusanov zədəsini sağaldıb və iki gün sonra bir neçə dəqiqə meydanda komandaya kömək edəcək”.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola deyib.
Beləliklə, 21 yaşlı istedadlı özbəkistanlı müdafiəçinin “Mançester Siti”nin “Suonsi”yə qarşı oyununda meydana çıxacağı gözlənilir. Komandalar İngiltərə Futbol Liqasının Kubokunun dördüncü raundu çərçivəsində qarşılaşacaqlar.
Qeyd edək ki, özbəkistanlı futbolçu ötən ilin yanvarında “Lans”dan "Mançester Siti"yə keçib. Futbolçu ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında qeyd olunan məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.
