Lider komandanın baş məşqçisi: "Çempion olmaq üçün hər görüşə qələbə üçün çıxırıq"

Xəbərlər
28 Oktyabr 2025 14:59
36
Lider komandanın baş məşqçisi: "Çempion olmaq üçün hər görüşə qələbə üçün çıxırıq"

"Səbail" ilə oyunda qələbə qazanmaq istəyirdik. Gərgin matç oldu. İstənilən hesab qeydə alına bilərdi. Çempionat yeni başlayıb. Qarşıda maraqlı oyunlar olacaq. "Səbail" çempionluğa oynayır. Məhz buna görə, bir xal qazanaraq liderliyimizi qoruduğumuz üçün sevincliyik".

Bunu "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli sport24.az-a açıqlamasında deyib.

Gənc mütəxəssis komandasının I Liqanın 6-cı turunda "Səbail" ilə heç-heçə etdiyi oyunu şərh edib:

"Yeni mövsümdə klubların maliyyəsi güclənib. Premyer Liqada legioner limiti ləğv olunandan sonra I Liqa klublarının heyətində yetərincə elita təcrübəsi olan futbolçular çıxış edir. Keyfiyyətli futbolçuların sayı artdıqca isə, istər-istəməz liqanın da səviyyəsi yüksəlir. Növbəti turda rəqibimiz çempionluğa daha bir iddialı "Mingəçevir" olacaq. Bizi ağır səfər oyunu gözləyir. Ümumiyyətlə, liqada asan matç yoxdur. Hər oyunun öz gərginliyi var. Biz planımıza uyğun, çempion olmaq üçün hər görüşə qələbə üçün çıxırıq".

Qeyd edək ki, "Şəfa" "Səbail" qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz