Alonso Zidandan sonra ilkə imza atdı

Xəbərlər
27 Oktyabr 2025 12:35
45
Alonso Zidandan sonra ilkə imza atdı

Dünən baş tutan “El Klasiko” “Real Madrid”in baş məşqçisi Xabi Alonso üçün əlamətdar olub.

İdman.Biz xəbər verir ki, Alonso “Real”ın baş məşqçisi kimi ilk “El Klasiko”sunu qalibiyyətlə başa vuran, bunu Zinəddin Zidandan sonra bacaran ilk çalışdırıcı olub.

Xatırladaq ki, öz debüt “El Klasiko”larında digər üç baş məşqçi - Joze Mourinyo, Rafael Benites və Karlo Ançelotti “Barselona” üzərində qələbə qazanmağı bacarmamışdılar.

İdman.Biz