“Barselona”nın prezidenti Joan Laporta “Real Madrid” klubunun televiziya kanalını El-Klasikodan əvvəl hakimlərə təzyiq göstərməkdə ittiham edib.
İdman.Biz "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri “Real” TV-nin davamlı şəkildə madridlilərin zərərinə yol verildiyi iddia olunan hakim səhvlərini analiz edən videolar paylaşdığını bildirib.
Onun sözlərinə görə, bu cür materiallar hakimlər üzərində istənilməyən təzyiq yaradır və qarşılaşma ətrafında gərginliyi artırır:
“Rəqibimiz meydandan kənarda hakimliklə bağlı gərgin mühit formalaşdırıb. Onların telekanalı referilərə təsir göstərir – belə bir strategiya mövcud olmamalıdır. Biz bəhanə axtarmırıq və "Bernabeu"da bir daha qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, El-Klasiko - “Real” – “Barselona” qarşılaşması bu gün saat 19:15-də start götürəcək.
