Fransa Liqa 1-in IX turunda “Lill” öz meydanında “Mets”i 6:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, ev sahiblərinin heyətində Feliş Korrea dubl edib, digər qolları Hamza İqaman, Romen Perro, Benjamen Andre və Hakon Haraldsson vurublar.
Qonaqların yeganə qoluna İbu Sane imza atıb.
Bu qələbə ilə “Lill” xal sayını 17-yə çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Cəmi 2 xalı olan “Mets” isə sonuncu - 18-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti turda “Lill” səfərdə “Nitsa” ilə qarşılaşacaq, “Mets” isə evdə “Lans”ı qəbul edəcək.
