İtaliya A Seriyasının VIII turunda “Sassuolo” ilə “Roma” üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, görüş 1:0 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb.
Matçın yeganə qolunu 16-cı dəqiqədə Paulo Dibala vurub.
Bu qələbə sayəsində “Roma” xal sayını 18-ə çatdıraraq turnir cədvəlində lider “Napoli”yə yaxınlaşıb. “Sassuolo” isə 8 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb.
Paralel oyunda “Verona” və “Kalyari” məhsuldar heç-heçə ilə kifayətlənib - 2:2.
