“Arsenal” “Kristal Pelas”ı məğlub edərək liderliyə yüksəldi - VİDEO

Xəbərlər
26 Oktyabr 2025 20:27
41
“Arsenal” “Kristal Pelas”ı məğlub edərək liderliyə yüksəldi - VİDEO

İngiltərə Premyer Liqasının IX turunun oyununda London təmsilçiləri - “Arsenal” və “Kristal Pelas” üz-üzə gəlib.

İdman.biz xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə “topçular”ın qələbəsi ilə başa çatıb.

Oyunun yeganə qolunu 39-cu dəqiqədə Ebereçi Eze vurub.

Bu nəticədən sonra “Arsenal” 22 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Kristal Pelas” isə 13 xalla 10-cu yerdədir.

Qeyd edək ki, növbəti turda “Arsenal” noyabrın 1-də səfərdə “Bernli” ilə qarşılaşacaq. “Kristal Pelas” isə həmin gün evdə “Brentford”u qəbul edəcək.

İdman.Biz