Bu gün Misli Premyer Liqasında IX turun son qarşılaşması Bakıda keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Qarabağ” "Azersun Arena"da “Şamaxı”nı qəbul edəcək.
Oyun saat 18:30-da başlayacaq. Meydan sahibləri 16 xalla ikinci, qonaqlar 9 xalla səkkizinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IX tur
26 oktyabr
18:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Azersun Arena
Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0), "Zirə" "Sumqayıt"ı (1:0)məğlub edib. "Araz Naxçıvan" - "Sabah" matçı isə heç-heçə yekunlaşıb.
