“Real” - “Barselona”: son beş El-Klasikonun TARİXÇƏSİ

Xəbərlər
26 Oktyabr 2025 17:17
37
“Real” - “Barselona”: son beş El-Klasikonun TARİXÇƏSİ

Bu gün Madridin “Santiago Bernabeu” stadionunda İspaniya futbolunun ən böyük qarşıdurması baş tutacaq – “Real Madrid” La Liqanın 10-cu turunda “Barselona”nı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, matç Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Oyunu ispan referi Sesar Soto Qrado idarə edəcək.

Son beş rəsmi El-Klasikoda üstünlük “Barselona”nın tərəfində olub. Kataloniya təmsilçisi bu qarşılaşmalardan üçündə qalib gəlib, “Real” isə iki qələbə qazanıb.

Son beş El-Klasikonun nəticələri:

11 may 2025 – La Liqa, 35-ci tur: “Barselona” – “Real” 4:3

26 aprel 2025 – İspaniya kuboku, final: “Barselona” – “Real” 3:2 (əlavə vaxtda)

12 yanvar 2025 – İspaniya Superkuboku, final: “Real” – “Barselona” 2:5

26 oktyabr 2024 – La Liqa, 11-ci tur: “Real” – “Barselona” 0:4

21 aprel 2024 – La Liqa, 32-ci tur: “Real” – “Barselona” 3:2

Qeyd edək ki, bu dəfəki El-Klasiko hər iki komanda üçün növbəti böyük sınaq olacaq. Hər iki tərəf İspaniya futbolundakı üstünlüyünü təsdiqləməyə çalışacaq.

İdman.Biz