“Qarabağ”ın legioneri: “Bu, yalnız başlanğıcdır” - FOTO

Xəbərlər
25 Oktyabr 2025 13:13
44
“Qarabağ”ın legioneri: “Bu, yalnız başlanğıcdır” - FOTO

Kamilo Duran UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”lə uduzduqları (1:3) matçdan sonra fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın futbolçusu bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

23 yaşlı vinger matçdan fotolarını paylaşıb və bunları yazıb:

“Bu, yalnız başlanğıcdır. Sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, “Atletik” - “Qarabağ” matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

İdman.Biz