Füzuli Məmmədov elita klubunun baş məşqçisi ola bilər

Xəbərlər
25 Oktyabr 2025 14:58
46
Füzuli Məmmədov elita klubunun baş məşqçisi ola bilər

“Karvan-Yevlax”ın çempionatda uğursuz çıxışı düşərgədə ab-havanı pozub.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın çıxışından narazıdır.

Rəsmilər baş məşqçi Azər Həşimovla yolları ayırmaq barədə düşünür. Bəzi təcrübəli oyunçuların da Həşimovla bağlı rəhbərliyə giley-güzar etməsi prosesi sürətləndirə bilər.

Yevlax klubunun başbilənləri artıq yeni mütəxəssislə danışığa başlayıb. Müzakirələr zamanı ortaq məxrəcə gəlmək mümkün olsa, “ağ-qaralar”ın “sükanı” Füzuli Məmmədova tapşırılacaq.

Qeyd edək ki, Məmmədovun son iş yeri ötən yay ayrıldığı I Liqa klubu “Mingəçevir” olub. 2025-ci ilin qışında “nur şəhəri”nin təmsilçisinin baş məşqçisi təyin olunan Füzuli bəy “Mingəçevir”də uğurlu işi ilə yadda qalıb.

İdman.Biz