UEFA Çempionlar Liqası: “Qarabağ” “Atletik”ə qarşı

Xəbərlər
22 Oktyabr 2025 09:12
46
UEFA Çempionlar Liqası: “Qarabağ” “Atletik”ə qarşı

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu İspaniyada "Atletik"lə qarşılaşacaq.

"San Mames" stadionunda baş tutacaq matçı xorvatiyalı baş hakim İqor Payaç idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda hazırda 6 xalla 10-cu, ilk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı pillədədir.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi II turda, Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0.

İdman.Biz