İngiltərə klubunun 12 xalı silindi

Xəbərlər
25 Oktyabr 2025 13:43
46
İngiltərə klubunun 12 xalı silindi

İngiltərə Çempionşipində çıxış edən “Şeffild Uensdey” klubunun turnir cədvəlindən 12 xalı silinib.

İdman.Biz “Sky Sport”a istinadla xəbər verir ki, bu, klubun xarici idarəetməyə verilməsi üçün ərizə ilə müraciət etməsi ilə bağlıdır.

Kreditorların təzyiqi nəticəsində klubun sahibi Deyfon Çansiri klubu və stadion şirkətini xarici idarəetməyə vermək qərarına gəlib. Çempionatın başlamasına bir həftə qalmış komandanın futbolçuları maaşlarının ödənilməməsi barədə məlumat yayırdılar.

Klubun mətbuat xidmətinin məlumatına görə, Culian Pitts, Kris Uiqfild və Pol Stenli “Şeffild Uensdəy”nin administratoru təyin ediliblər.

Hazırda “Şeffild Uensdey” Çempionşipin turnir cədvəlində sonuncu, 24-cü yerdə qərarlaşıb. 11 oyundan sonra komandanın hesabında - 6 (mənfi altı) xal var.

İdman.Biz