Messi MLS-in müntəzəm mövsümündə “Qızıl buts” qazanıb - FOTO/VİDEO

Xəbərlər
25 Oktyabr 2025 09:58
44
Messi MLS-in müntəzəm mövsümündə “Qızıl buts” qazanıb - FOTO/VİDEO

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün bombardiri kimi “Qızıl buts”u qazanıb.

İdman.Biz “Skysports”a istinadən xəbər verir ki, 38 yaşlı futbolçuya mükafat Fort-Loderdeyl şəhərindəki (Florida, ABŞ) “Çeyz” stadionunda keçirilən “Naşvil”lə 1/8 final pley-off matçından əvvəl təqdim olunub.

Belə ki, argentinalı ulduz futbolçu 28 matçda 29 qol vuraraq, ən yaxın izləyiciləri Denis Bouanqa (“Los-Anceles”) və Sem Sarrici (“Neşvill”) beş qolla qabaqlayıb.

Məlumat üçün əlavə edək ki, L. Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 82 oyun keçirib, 71 qol vurub və 37 məhsuldar ötürmə verib.

İdman.Biz

Məqalədə: