Kurban Berdiyev: "Qələbə bizim üçün çox vacib idi"

Xəbərlər
24 Oktyabr 2025 17:04
33
Kurban Berdiyev: "Qələbə bizim üçün çox vacib idi"

"Turan Tovuz" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis oyunun çox çətin keçdiyini vurğulayıb: "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər".

- Komandanın oyunu sizi qane etdi?

- Tam olaraq yox. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.

- Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudur?

- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu.

İdman.Biz