“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının tarixində 17-ci pilləyə yüksəlib.
İdman.Biz xəbər verir ki, İngiltərə millisinin forvardı turnirdəki 45-ci qolunu “Brügge”yə (4:0) qarşı oyunda vurub.
Bununla da o, əfsanəvi Didye Droqbanı (44 qol) arxada qoyub.
Keyn bu nəticəni cəmi 60 oyunda əldə edib. Müqayisə üçün bildirək ki, Droqba 44 qolu vurmaq üçün 92 matç keçirmişdi.
Qeyd edək ki, hazırda Çempionlar Liqasının bütün dövrlər üzrə bombardiri Kriştianu Ronaldudur - onun hesabında 140 qol var.
Bu mövsüm Keyn “Bavariya”nın heyətində bütün turnirlərdə 12 oyunda 20 qol vurub və 3 asist edib. Transfermarkt məlumatına görə, futbolçunun bazar dəyəri təxminən 75 milyon avro təşkil edir.