“Araz-Naxçıvan”ın zədələnən futbolçularının SON DURUMU

Xəbərlər
21 Oktyabr 2025 17:45
41
“Araz-Naxçıvan”ın zədələnən futbolçularının SON DURUMU

Misli Premyer Liqasının VIII turunda, “Neftçi” ilə matçda (2:2) zədələnən “Araz-Naxçıvan”ın futbolçuları Bəxtiyar Həsənalızadə və Slavik Alxasovun son durumu bəlli olub.

Bu barədə İdman.Biz-ə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, MRT yoxlanışından sonra B.Həsənalızadənin zədəsinin ciddi olmadığı məlum olub. S.Alxasovun isə ayağında şiş əmələ gəldiyi üçün növbəti oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının IX turunda “Sabah”la üz-üzə gələcək.

İdman.Biz