Bu gün UEFA Çempionlar Liqasında III tura start veriləcək

Xəbərlər
21 Oktyabr 2025 09:33
68
Bu gün UEFA Çempionlar Liqasında III tura start veriləcək

UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün III tura start veriləcək.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

“Arsenal” evdə “Atletiko”nu, “Barselona” isə “Olimpiakos”u qəbul edəcək. “Qarabağ”ın rəqiblərindən “Napoli” səfərdə PSV-nin qonağı olacaq.

PSJ Almaniyada “Bayer 04”lə, “Mançester Siti” isə İspaniyada “Vilyarreal”la üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur

21 oktyabr

20:45. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan)

20:45. “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr)

23:00. “Arsenal” (İngiltərə) - “Atletiko” (İspaniya)

23:00. “Bayer 04” (Almaniya) - PSJ (Fransa)

23:00. “Vilyarreal” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

23:00. PSV (Niderland) - “Napoli” (İtaliya)

23:00. “Kopenhagen” (Danimarka) - “Borussiya” (Dortmund, Almaniya)

23:00. “Yunion” (Belçika) - “İnter” (İtaliya)

23:00. “Nyukasl” (İngiltərə) - “Benfika” (Portuqaliya)

İdman.Biz