“Atletik”in yarımmüdafiəçisi “Qarabağ”la oyun ərəfəsi: “Artıq Çempionlar Liqasında üç xal qazanmağın vaxtıdır”

Xəbərlər
20 Oktyabr 2025 11:04
50
“Atletik”in yarımmüdafiəçisi “Qarabağ”la oyun ərəfəsi: “Artıq Çempionlar Liqasında üç xal qazanmağın vaxtıdır”

İspaniyanın “Atletik” (Bilbao) klubunun yarımmüdafiəçisi Mikel Xaureqisar Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”a qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

İdman.biz xəbər verir ki, futbolçu qarşıdakı matçda komandasının əsas Avropa turnirində ilk üç xalını qazanacağına ümid etdiyini bildirib:

“Komandada istək və inam görürəm. Artıq Çempionlar Liqasında üç xal qazanmağın vaxtıdır. Asan olmayacaq, çünki “Qarabağ” yaxşı formadadır, amma azarkeşlərimizin dəstəyi ilə qələbə qazanacağımıza ümid edirik”, – deyə futbolçunun sözlərini “Radio Popular de Bilbao” yayıb.

Məlumat üçün əlavə edək ki, İspaniya La Liqasının IX turunda “Atletik” səfərdə “Elçe” ilə 0:0 hesablı heç-heçə edib.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Atletik” - “Qarabağ” oyunu oktyabrın 22-də Bilbao şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Qurban Qurbanovun komandası iki turdan sonra altı xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Ernesto Valverdenin rəhbərlik etdiyi ispan klubu isə hələ xal toplaya bilməyib və 34-cü yerdədir.

Teymur Tuşiyev

İdman.Biz