“Aston Villa”dan “Tottenhem” üzərində əzmkar qələbə - VİDEO

Xəbərlər
19 Oktyabr 2025 20:01
33
“Aston Villa”dan “Tottenhem” üzərində əzmkar qələbə - VİDEO

İngiltərə Premyer Liqasının 8-ci turunda “Tottenhem” (London) və “Aston Villa” (Birmingem) komandaları qarşılaşıb.

İdman.biz xəbər verir ki, görüşdə “Aston Villa” 2:1 hesabı ilə qalib gəlib.

Oyunun əvvəlində, 5-ci dəqiqədə Rodriqo Bentankur meydan sahiblərini önə çıxarıb. 37-ci dəqiqədə Morqan Rocers hesabı bərabərləşdirib, 77-ci dəqiqədə isə Emiliano Buendia qonaqlara qələbə qazandıran qolun müəllifi olub.

Qeyd edək ki, bu nəticədən sonra “Tottenhem” 14 xalla turnir cədvəlində 6-cı, “Aston Villa” isə 12 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, bu nəticədən sonra “Tottenhem” 14 xalla turnir cədvəlində 6-cı, “Aston Villa” isə 12 xalla 10-cu pillədə qərarlaşıb.

İdman.Biz