Qurban Qurbanov "Haber Global"a danışıb: "Hazırda böyük bir kluba keçmək fikrim yoxdur" - VİDEO

Xəbərlər
19 Oktyabr 2025 18:13
42
Qurban Qurbanov "Haber Global"a danışıb: "Hazırda böyük bir kluba keçmək fikrim yoxdur" - VİDEO

"Biz əvvəlki illərdə çəkdiyimiz zəhmətlərin bəlkə də bu il daha çox bəhrəsini görürük".

İdman.Biz "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Haber Global" telekanalına verdiyi açıqlamada bildirib.

"Futbol elə bir oyundur ki, hər il uğur əldə etmək olmur. Şükürlər olsun, bu il işimiz daha uğurlu alınar", - Qurbanov deyib.

Onun sözlərinə görə, "Qarabağ" komandasının uğurlarının Avropa və Türkiyədə əks-səda doğurması klub üzvlərinə stimul verir.

17 ildir "Qarabağ"ı çalışdıran baş məşqçi klubdan ayrılmaq istəmədiyini də vurğulayıb: "Bura mənim ikinci evimdir, bəlkə də birinci evimdir, çünki mən burada daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey ola bilər. Hazırda böyük bir kluba keçmək fikrim yoxdur".

Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb. II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini məğlub edən (2:0) "köhlən atlar" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib.