Dortmund “Borussiya”sının və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasında (DFL) yeni vəzifəyə təyin olunub.
İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, o, qurumun ekspert şurasının üzvü seçilib.
Yeni yaradılmış komitə Almaniya futbolunun strateji inkişafı və rəqabət qabiliyyətinin artırılması istiqamətində işləyəcək. Qrupun ilk nəticə və təkliflərinin 2026-cı ilin yazında təqdim olunacağı gözlənilir. Şuraya həmçinin “Real”ın sabiq futbolçusu Sami Xedira və Bundesliqa klublarının bir sıra rəhbərləri də daxildir.
Bu, Kloppun 2025-ci ilin əvvəlində “Liverpul”dan ayrıldıqdan sonra ilk rəsmi işidir. Bununla yanaşı, o, hazırda "Red Bull" konserninin qlobal futbol layihələrinə rəhbərlik edir və “RB Leyptsiq”, “RB Zaltsburq” və “Nyu-York Red Bullz” klublarını kurasiya edir.