Afrika Millətlər Kubokunun finalı bu gecə keçiriləcək

Xəbərlər
18 Yanvar 2026 13:13
37
Afrika Millətlər Kubokunun finalı bu gecə keçiriləcək

Futbol üzrə Afrika Millətlər Kubokunun final oyunu bu gecə keçiriləcək.

İdman.Biz xəbər verir ki, çempionatın finalı Bakı vaxtı ilə saat 23:00 start götürəcək.

Finalda meydan sahibi Mərakeş millisi ilə Seneqal yığması üz-üzə gələcək.

Qeyd edək ki, üçüncülük oyununda Nigeriya millisi Misir kollektivini penaltilər seriyasında məğlub edərək turniri üçüncü pillədə başa vurub.

Final matçı Rabatda, “Prince Moulay Abdellah Stadium”da keçiriləcək.

İdman.Biz