Bakı şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə atletika üzrə Bakı şəhər çempionatı keçirilib.
İdman.Biz xəbər verir ki, yarışda triatlon üzrə idmançılarımız da iştirak edərək uğurlu nəticələr göstəriblər.
1500 metr məsafəyə qaçışda qadınlar arasında Leyla Abdüləzizova birinci, Milanə Xəlilova isə üçüncü yeri tutub. Kişilər arasında isə Toğrul Məmmədli ikinci, Əli Rzazadə üçüncü pillədə qərarlaşıb.
3000 metr məsafəyə qaçışda qadınların yarışında Leyla Abdüləzizova qalib olub, Milanə Xəlilova ikinci yeri tutub. Kişilərin mübarizəsində isə Toğrul Məmmədli birinci, Əli Rzazadə ikinci nəticə göstərib.
Qeyd edək ki, əldə olunan nəticələr triatlonçularımızın fiziki hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir.
