“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim portuqaliyalı yarımmüdafiəçi Brunu Fernandeşin komandanın əsas penalti icraçısı olaraq qalacağını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə “Liverpul”la oyunöncəsi mətbuat konfransında bildirib.
Amorim vurğulayıb ki, Fernandeş penalti zərbələrinin əksəriyyətini qola çevirib: “Bəli, o, əsas penalti yerinə yetirən olaraq qalacaq. Karyerası ərzində təxminən 70 penalti vurub və onlardan yalnız doqquzunu qaçırıb – ikisi mənim rəhbərliyim dövründə olub. Amma o, özünə güvənir, çox çalışır və rəqiblərin onun zərbələrini necə oxuduğunu təhlil edir. O, növbəti fürsətə tam hazır olacaq”.
Baş məşqçi əlavə edib ki, komandası bu gün “Liverpul”a qarşı keçirəcəyi “Enfild”dəki qarşılaşmada təzyiq atmosferinə hazırdır və İngiltərənin şimal-qərb derbisində ən yaxşı oyununu göstərmək niyyətindədir.
Qeyd edək ki, cari mövsümdə Fernandeş 11 metrlik nöqtədən üç cəhddən yalnız birini dəqiq yerinə yetirib. Bununla belə, onun ümumi göstəricisi hələ də yüksəkdir - 70 zərbədən 62-si qol (88,6%). “Mançester Yunayted”in heyətində isə o, 45 penaltidən 39-nu reallaşdırıb (86,6%).