“Borussiya Dortmund”un baş məşqçisi “Mançester Yunayted”in namizəd siyahısındadır

Xəbərlər
20 Yanvar 2026 20:21
45
“Borussiya Dortmund”un baş məşqçisi “Mançester Yunayted”in namizəd siyahısındadır

“Mançester Yunayted” “Borussiya Dortmund”un çalışdırıcısı Niko Kovaçı baş məşqçi vəzifəsinə nəzərdən keçirir.

İdman.Biz bu barədə “Sky Sport”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, 54 yaşlı mütəxəssis İngiltərə klubunun namizədlər siyahısındadır. “Mankunianlılar” məşqçinin Almaniya klubundakı gələcəyi ilə maraqlanırlar. Bildirilir ki, onun namizədliyi Enzo Mareskanın işdən çıxarılmasından sonra və Liam Roseniorun təyinatından əvvəl “Çelsi”də müzakirə olunub.

Vurğulanır ki, Kovaç hazırda “Borussiya Dortmund”dakı işinə diqqət yetirir, lakin gələcəkdə İngiltərədə işləməyə açıqdır. Onun alman klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Hazırda “Mançester Yunayted”i 2025/26 mövsümünün sonuna qədər təyin olunmuş Maykl Kerrik idarə edir.

İdman.Biz