“Arsenal” “Real Madrid”in 19 yaşlı mərkəz müdafiəçisi Viktor Valdepenyası izləməyə davam edir.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Fabrizio Romano özünün X sosial media səhifəsində yazıb.
Mənbənin məlumatına görə, ispaniyalı oyunçu London klubunun transfer siyahısındadır. “Arsenal” yaxın aylarda Valdepenyası transfer edə bilər.
Müdafiəçi “Real Madrid”in heyətində bir dəfə meydana çıxıb. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 3 milyon avrodur.
