“Tottenhem Hotspur”un və Uels millisinin müdafiəçisi Ben Deyvis sol topuğunun sınığı səbəbindən əməliyyat olunub.
İdman.Biz bildirir ki, bu barədə klubun mətbuat xidməti sosial mediada məlumat yayıb.
Oyunçu zədəni 17 yanvarda İngiltərə Premyer Liqasında “Vest Hem Yunayted”ə qarşı oyunda (1:2) alıb. Əməliyyatdan sonra Deyvis komandanın tibbi heyətinin nəzarəti altında reabilitasiyaya başlayacaq.
32 yaşlı Deyvis bu mövsüm bütün yarışlarda beş oyunda iştirak edib və bir qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 5 milyon avrodur.
