Bruno Fernandeş: “Yeni mövqedə komandaya hücumların qurulmasında daha çox kömək edirəm”

Xəbərlər
18 Oktyabr 2025 10:08
32
Bruno Fernandeş: “Yeni mövqedə komandaya hücumların qurulmasında daha çox kömək edirəm”

Portuqaliya millisinin və “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş komandadakı yeni rolundan və baş məşqçi Ruben Amorim haqqında fikirlərini bölüşüb.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən məlumat verir.

B.Fernandeş bildirib ki, daha dərin mövqedə oynamaq ona hücumların qurulmasında daha çox iştirak etməyə imkan verir:

“Yeni, daha dərin mövqedə mən hücumların başlanmasında daha çox iştirak edirəm. Xətlərin bir-biri ilə əlaqədə olması çox vacibdir və mən bunu 10 nömrə kimi oynayarkən Matiç və Poqbadan öyrənmişəm”.

Portuqaliyalı yarımmüdafiəçi həmçinin komanda yoldaşlarını da yüksək qiymətləndirib:

“Hazırda bizdə fərqli tipli yarımmüdafiəçilər var: Kazemiro topu bir toxunuşla irəli ötürməkdə çox ustadır, Manu topu almaqda aqressivdir, Kobbi isə güc və texnika hesabına topu irəli daşımağı bacarır. Bütün bunlar mənə daha aşağı mövqedə oynamağa imkan yaradır”.

Fernandeş baş məşqçi Ruben Amorim haqqında da fikirlərini bölüşüb:

“‘Mançester Yunayted’de hər bir məşqçi daim təzyiq altındadır - qələbələr onu ucaldır, məğlubiyyətlər isə dərhal təzyiq yaradır. Amma Amorim hara gəldiyini çox yaxşı anlayır və buna hazırdır”.

Kapitan sonda klub rəhbərliyinə də toxunub:

“Əgər ser Cim(milyarder Cim Retklifi nəzərdə tutur – red) və komanda məşqçiyə inanırsa, bu, klubun birliyini göstərən çox vacib siqnaldır”.

İdman.Biz