“Mançester Siti” “Budyo-Qlimt”lə oyunda Çempionlar Liqası tarixində ən gənc start heyətini meydana çıxarıb

Xəbərlər
21 Yanvar 2026 00:23
36
“Mançester Siti” “Budyo-Qlimt”lə oyunda Çempionlar Liqası tarixində ən gənc start heyətini meydana çıxarıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Budyo Qlimt” və “Mançester Siti” üz-üzə gəliblər.

İdman.Biz bildirir ki, matç 3:1 hesabı ilə norveçlilərin xeyrinə başa çatıb.

“Şəhərlilər” bu oyun üçün bu yarışın tarixində ən gənc start heyətini meydana çıxarıblar.

“Opta Sport”un məlumatına görə, ingilis klubunun oyunçularının orta yaşı 24 yaş 84 gün olub.

“Mançester Siti”nin bu oyunda start heyəti belə olub: Donnarumma (26 yaş), Luis (21), Xusanov (21), Alleyne (20), Ayt-Nuri (24), Rodri (29), Reynders (27), O'Reyli (20), Foden (25), Şerki (22) və Holand (25).

İdman.Biz