“Çelsi”nin baş məşqçisi Liam Rosenior yarımmüdafiəçi Rahim Sterlinq və müdafiəçi Aksel Disasi barədə danışıb.
İdman.Biz xəbər verir ki, çalışdırıcı onların komandadakı gələcəkləri barədə fikir bildirib.
“Aksellə bağlı qərarım var; bir neçə gün əvvəl yaxşı söhbət etdik. Gələndə dərhal oyunçulara sıfırdan başladıqlarını dedim, ona görə də onunla danışmalı oldum. O, fiziki hazırlıq baxımından geridə qalır və biz bunun üzərində işləyəcəyik.
Rahimlə karyerası barədə danışırıq. Ümid edirəm ki, yaxın günlərdə bu barədə bir qədər aydınlıq olacaq”, - deyə “Sky Sports” Roseniordan sitat gətirib.
